Nursultan Nazarbayev xəstəxanaya yerləşdirildi

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, “KazTAG” Qazaxıstan media meneceri Aleksandr Aksyutitsə istinadla xəbər verir.

HTML tutorial

Onun ürəyindən əməliyyat oluna biləcəyi ehtimalı var.

“Mənbələrim Nursultan Nazarbayevin Astanadakı xəstəxanalardan birinə yerləşdirildiyini bildirdi . O, ürəyin hərtərəfli müayinəsindən keçir. Tibb işçiləri deyirlər ki, cərrahi müdaxilə ola bilər”, – deyə Aksyutits bildirib.

Yanvarın 12-də Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) sədri Maulen Aşimbayev Nazarbayevin fəxri senator statusundan məhrum edildiyini açıqlayıb. Sonra Qazaxıstan parlamentinin deputatları “Qazaxıstan Respublikasının ilk prezidenti – Elbası haqqında” qanunu qüvvədən salıblar.

Gununsesi.info