Tokayev İtaliyaya səfər edib

  • By ilhame
  • 17 Yanvar 2024 23:08

Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevin İtaliyaya səfəri başlayıb.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Roma hava limanında Qazaxıstan Prezidentini İtaliyanın müdafiə naziri Qido Krosetto və Roma Papasının nümayəndəsi Françesko Kanalini qarşılayıb.

 

Bildirilib ki, Tokayev sabah İtaliya Prezidenti Serxio Mattarella və Baş nazir Giorgia Meloni ilə görüşəcək.

 

Yanvarın 19-da isə Vatikanda Papa Fransisklə görüşü olacaq.

 

Gununsesi.info