
Donbasda Rusiya separatçılarının açdığı atəş nəticəsində 1 Ukrayna hərbçisi həlak olub.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
“Bu gün səhər saatlarında Rusiya separatçıları atəşkəs rejimini 2 dəfə pozub. Açılan atəş nəticəsində Donbasın Peski bölgəsində 1 Ukrayna hərbçisi həlak olub.
Hadisə ilə bağlı ATƏT təmsilçiləri məlumatlandırılıb”, – xəbərdə qeyd edilib.
Gununsesi.info