
Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tovuzlu şəhidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi qələbə milli qürur mənbəyi, çox şərəfli tarix olduğunu deyib: “Şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının bütün qayğıları diqqət mərkəzində saxlanılır, onların sağlamlığı, sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mükəmməl dövlət siyasəti həyata keçirilir. Eyni zamanda şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar”.
Gununsesi.info