
Nümayəndəlik inistitunu ləğv edəndə bəzi Vəkil kolleqalarımız sevindilər ki, bəs, Vəkilliyin pulu artacaq. Onlar elə düşünürdülər ki, Vəkillərin pulunu nümayəndə yetimlər yeyir.
Əslində Vəkilin pulunu korrupsioner hakim, prokuror və müstəntiqlər yeyib.
Nümayəndəlik ləğv ediləndə nümayəndələr yüksək kefiyyətli hüquqi yardım göstərməməsi səbəb gətirildi. Əslində isə məqsəd Vəkilliyin müstəqilliyinə və azadlığına zərbə vurmaq idi. İndi isə həmin nümayəndələrin 95%-i Vəkillər Kollegiyasının üzvüdür.
Nə oldu bir ay əvvəl nümayəndə olan şəxs cibinə Vəkillər Kollegiyasının vəsiqəsini qoyanda keyfiyyətli xidmət göstərdi?
Necə olur 8-ci sinfi qurtara bilməyən valideyin, qardaş, bacı, arvad, uşaq və s yaxın qohum səni məhkəmədə təmsil edə və yüksək keyfiyyətli hüquqi yardım göstərə bilər, ali təhsilli hüquqşünas yox? Məntiqsiz addım idi.
Həmin vaxtı elə Vəkil tanıyırdım ki, (indi də az deyil) əminəm ki, Sizlər də tanıyırdınız və indi də tanıyırsınız dələduzluğun kitabını yazıb, hamını aldatmaqla məşğuldur. Elə nümayəndə tanıyırdım ki, dürüstlük onun həyatıdır və yüksək kefiyətin də üstündə hüquq xidməti göstərirdi.
Nümayəndəlik inistitutunun ləğv edilməsində məqsəd Vəkillərin müstəqilliyini və azadlığını əlindən almaq idi. Düzdü dürüst və cəsur vəkillərə bu bir o qədər də təsir etmədi. Ancaq ümumən mən də daxil olmaqla nigarançılığımız artdı ki, birdən Vəkillikdən çıxarılsam iş tapmaq çətin olacaq. Təvəzökarlıqdan uzaq olsa da deyim ki, məni kimi adam əgər nigaran olmuşamsa nümayəndəliyin ləğvi Vəkilliyin müstəqilliyinə böyük zərbə oldu deməkdir.
İndi də Vəkilləri cərimələmək və rüsumları qaldırmaq barədə qanun layihəsi hazırlanır. Bu, Konustitusiyanın tələblərinə tamamilə ziddir. Belə ki, Az.R Konustitusiyasının 60-cı maddəsinə əsasən “hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.” Bu təminatı dövlət verir. Verilən iddialar üzrə dövlət rüsumunun bu qədər məbləğdə yuxarı qaldırılması vətəndaşa böyük zərbədir.
Bu dəyişiklik o ölkələrdə olmalıdır ki, orada dövlət adından çıxarılan bütün qərarlar qanuni, ədalətli və obyektivdir. Hazırda Azərbaycanda əksər Məhkəmələr dediklərim kriteriyaların heç birinə nəinki yaxın gəlmir, heç o barədə düşünmürdə. Əksər hakimlər üçün Məhkəmə kommersiya obyektidir elə bil. Əvvəlcə bunu düzəldin sonra rüsum və cərimələrdən danışın.
Vəkillərə tətbiq ediləcək cərimələr də əslinə vəkildən çox vətəndaşlara böyük zərbədir. Bu da hər işdə vəkilin xidmətinin qiymətinə təsir edəcək. Çünki Vəkil belə riskləri də nəzərə alıb məcburən müqavilənin qiymətini artıracaq.
Əziz Qənbər
Vəkil