
Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal Demokrat Partiyasının üzvü İqor Lebedev siyasi fəaliyyətini dayandırdığını söyləyib.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, o, payızda keçiriləcək parlament seçkilərinə qatılmayacağını elan edib.
İqor Lebedev qalmaqallı siyasətçi, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin yeganə oğludur.