DİN-in Polis Akademiyasının kursantları döyüş və fiziki hazırlıq üzrə hərbi təlim keçiblər -Fotolar

  • By ilhame
  • 10 Aprel 2024 21:34

DİN-in Polis Akademiyasının II kurs kursantları döyüş və fiziki hazırlıq üzrə hərbi təlim məşğələlərinə cəlb edilib.

Gununsesi.info DİN mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, kursantlara hərbi kafedranın müəllimləri tərəfindən “Xüsusi-taktiki hazırlıq”, “Atəş hazırlığı” və “Sıra hazırlığı” fənlərindən hərbi təlim məşğələləri keçirilib.

Hərbi təlimlər 9 gün ərzində təşkil edilib.