Ermənistan Azərbaycanla şərti sərhəddə intensiv işlər aparır -Video

  • By ilhame
  • 04 Aprel 2024 20:14

Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində, xüsusən də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Caliber.az” öz mənbələrinə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, bütün bunlar Ermənistan tərəfinin son həftələr ərzində silahlı qüvvələrin sərhəddə cəmləşdirilməsi və növbəti hərbi təxribatın hazırlanması istiqamətində hərəkətlərinin məntiqinə uyğun gəlir. Paşinyanın “sülh gündəmi” belədir.

 

Baku.tv-nin bu xəbərlə bağlı videogörüntülərini təqdim edirik:

Gununsesi.info