Milli Məclisin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrası barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Gununsesi.org bildirir ki, Oxu.Az-ın xəbərinə görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə barədə məlumat verib.
O bildirib ki, deputatların təklifləri daha çox 2021-ci ilin dövlət büdcəsinin necə olacağına hesablanıb.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Gununsesi.org
COMMENTS