
Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkələrdə onu ələ salan fəalları təhqir edib.
Qeyd edək ki, bir müddət əvvəl deputatın adı ilə açılmış facebook profilindən özünün paylaşdığı qeydə dəstək rəyi yazılıb.
Sosial şəbəkə istifadəçiləri isə hesab edir ki, Etibar Əliyev özünün yazdığı qeydə digər bir “fake” hesabla rəy yazmaq istəyərkən, bilməyərkədən bunu elə öz rəsmi hesabı ilə edib.
Olayın inandırıcı olmasına səbəb isə Əliyevin adından yazılan həmin rəyin bir neçə dəqiqə sonra silinməsi olub.
Ancaq sosial şəbəkə istifadəçiləri həmin rəyin “skreen”lərini saxlayaraq, paylaşıb.
Gununsesi.info bildirir ki, bu gün yenidən sosial şəbəkələrdə yayılan həmin “skreen”lərlə bağlı deputat təhqir dolu status yazıb.
Həmin qeydləri təqdim edirik:
Bu statusu məcburiyyət qarşısında qalıb yazıram:
Sosial şəbəkələrdə bir qrup şərəfsiz, dələduz və namussuz ünsürlər mənim guya, saxta profil düzəldib özümə tərif yazmağımla bağlı cəfəngiyyat uydurublar. “Şərəfsiz”, “dələduz” və “namussuz” adlandırdıqlarım haqqımda yalan informasiya yazanlara aiddir. Bu ifadələr onlara ana südü kimi halaldır. Dediyim ifadələr həmin şərəfsiz, dələduz və namussuzlara (qadınlı, kişili) qoşulub, şəxsimi təhqir edənlərə də aiddir”.
Mais
Gununsesi.info