
Xəbər verdiyimiz kimi Avropa Şurası Parlament Assambleyası yanvarın 26-da “Laçın dəhlizi”ndə yaranmış durumla bağlı müzakirələr təşkil edəcək.
Həmin müzakirəlırin Azərbaycan əleyhinə planlaşdırıldığı sirr deyil.
Azərbaycanın Avropa Şürası Parlamenti Asambleyasındakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov Gununsesi.info-ya açıqlamasında deyib ki, həmin müzakirələrin hər hansı bir hüquqi nəticəsi olmayacaq:
”AŞPA-nın Bürosu və pleaner iclas Ermənistanın irəli sürdüyü təklifi dəstəkləmədi. Laçın koridoru ilə bağlı məsələyə təcili müzakirə formatında deyil, cari müzakirə formatında baxılacaq. Müzakirələr isə 1-ci gün deyil, deputatların adətən iştirak etmədiyi 4-cü günün sonunda axırıncı məsələ kimi müzakirə ediləcək”.
Mətləb
Gununsesi.info