
İnsan hüquqları müdafiəçisi Mirvari Qərhəmanlı SOCAR-ın illik hesabatında işçilərin gündəlik yemək xərcləri ilə bağlı əks olunmuş faktı araşdırıb.
Onun sözlərinə görə, hesabatda SOCAR-ın Baş ofisinin yerləşdiyi inzibati inada çalışan 700 nəfərə yaxın işçi gündəlik keyfiyyətli və yüksək kalorili isti yeməklə təmin olunması, isti yeməklə təmin olunmayan sahələrdə çalışan işçilərin gündəlik yemək xərci Nazirlər Kabinetinin müvafiq qərarına
və SOCAR-ın əmr-qərarına uyğun olaraq ödənilməsi barədə məlumat yazılıb.
Gununsesi.info-ya danışan hüquq müdafiəçisi bildirib ki, hesabatda qeyd olunan SOCAR əmr-qərarına əsasən quruda çalışan işçilərə verilən gündəlik çörək pulu(yəni şirkətin qeyd etdiyi kimi isti yeməklə təmin olunmayan işçilər üçün) 3 (üç ) manat təşkil edir. 2010 cu ildən bu günə kimi yemək pulu 3 manatdır. Onda ətin kilosu 7 manat, çörək 0.30 qəpik idi. İndi özünüz düşünün yemək pulu nə qədər olmalıdır”.
Hüquq müdafiəçisi deyir ki, 12 saat buruq yanında olan işçi 3 manatla qidalana bilməz.
Afət Abbasova
Gununsesi.info