
İsveç hökumətinin Türkiyənin bu ölkədəki səfirliyinin qarşısında Qurani-Kərimi yandırmasına izn verməsi iki ölkə arasında gərginliyə səbəb olub.
Qeyd edək ki, bu xəbərdən dərhal sonra İsveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Gununsesi.info bildirir ki, siyasi şərhçi Seymur Həzi olayın arxasında üçüncü qüvvənin olduğunu deyib:
“İsveçdə Quranın yandırılması yolverilməz hadisədir. Heç kimin başqa bir topluluğun inancını hədəf almaq kimi bir mənəvi haqqı yoxdur. Bu haqqı özündə görənlər mütləq əməllərinin arxasındakı siyasi gücə və niyyətə xidmət edirlər. Bu olay da Türkiyə toplumunda İsveçə qarşı qəzəbi artırmaq və Türkiyə hökumətinə İsveçin NATO-ya girməsini əngəlləməsi üçün təzyiq etməsinə hesablanıb. Prosesin arxasında Rusiyanın dayandığı şübhəsiz kimi görünür”.
Mətləb Yaqublu
Gununsesi.info