Daha bir sərhəd kəndində minatəmizləmə işləri başa çatdı

Ermənistanın Tavuş vilayətinin Berkaber kəndi ərazisində minatəmizləmə işləri başa çatıb, lakin delimitasiya və demarkasiya işləri hələ tamamlanmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın KİV-nə Tavuş vilayətinin Berkaber icmasının rəhbəri Tiqran Arutyunyan bildirib.
O qeyd edib ki, bu gün heç bir iş görülmür.

Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.

Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

 

 

 

Gununsesi.info