
Samuxda 3 məktəb distant təhsilə keçib.
Gununsesi.info xəbər verir ki, bu barədə Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova bildirib.
N. Həsənova deyib ki, rayonun İnistitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagirdi, 6 müəllimi və 1 texniki işçisində, Qarayeri qəsəbəsində fəaliyyət göstərən orta məktəbdə 4 müəllimdə, Əhmədbəyli kənd tam orta məktəbində direktor və 4 müəllimdə koronavirus infeksiyası aşkar olunub.
Bu səbəbdən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən, məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.
Qeyd edək ki, Samuxda ümumilikdə 35 orta ümumtəhsil, 2 məktəbdən kənar təhsil ocağında 9849 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 1684 nəfər pedoqoji heyət məşğul olur.
Gununsesi.info