20 ilin peşəkar və qüsursuz hərbçisi, 3 övlad atası, Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidi-NAHİD MİKAYILOVUN ANIM GÜNÜ – MƏZARININ İZDİHAMLI ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ – FOTOLAR – YENİLƏNİB – (5)

  • By admin
  • 31 Oktyabr 2021 19:44

Bu gün Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baş gizir, 20 ilin peşəkar və qüsursuz hərbçisi, 3 oğul atası Nahid Sovqat oğlu Mikayılovun Anım Günüdür.

Düz bir il keçir Onun torpağa tapşırılmasından.

Düz bir il öncə-bu gün, 31 oktyabr tarixində Nahid Mikayılov Kürdəmir Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Gununsesi.info  xəbər verir ki, 2020-ci ilin  oktyabrın 30-da, 38 yaşında Ağdam istiqamətində Şəhid olan və nəşi bir gün sonra dəfn edilən Nahid Mikayılovun Anım Günündə-səhər saatlarında Kürdəmir Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Ziyarət iki saatdan çox çəkib.

İzdihamlı, yüzlərlə insanın qatıldığı ziyarətdə Şəhidin xanımı Jalə xanım, övladları Nahid, Nicat və Nihad, yaxınları, qonşuları, rayon sakinləri, Kürdəmirdən və Bakıdan olan Şəhid ailələri, hərbçilər, Qazilər, din xadimləri, Kürdəmir rayon rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, çıxışlar edilib.

Şəhid ailələri, hərçilər, Qazilər, Şəhidin xanımı Jalə xanım, Kürdəmir rayon İcra Hakimiyyəti başçısı əvəzi Ağəli Kərimli, Şəhid qardaşı-siyasətçi Tural Abbaslı və digər şəxslər çıxış edərək, Şəhidlərin, o cümlədən Nahid Mikayılovun Qəhrəmanlığından, İgidliyindən, onun qısa, lakin şərəfli həyat və döyüş yolundan, tarixi Qələbə və Zəfərimizdən bəhs ediblər.

Bildiriblər, məhz Nahid Mikayılov kimi Vətən oğlullarının sayəsində tarixi Qələbə və Zəfərimiz qazanıldı.

Hər bir kəs onlara, Şəhidlərə borclu və minnətdardırlar.

Ziyarətdən sonra isə Şəhidin evində anım mərasimi başlayıb, adına ehsan verilib.

12:10

Gununsesi.info  ziyarətdən və anım mərasimindən fotoları təqdim edir:

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

NUR ÜZLÜ ŞƏHİDİMİZ…3 ÖVLADI VƏTƏN ƏMANƏT QALAN ŞƏHİDİMİZİN NAHİD MİKAYILOV…

ŞƏHİDN QƏHRƏMAN HƏYAT YOLDAŞI VƏ QƏHRƏMAN ÖVLADLARI…

ŞƏHİD ANALARI, ŞƏHİDAİLƏLƏRİ…QƏHRƏMAN ANALAR, QƏHRƏMAN AİLƏLƏR…

***

12:30

***

VƏ ANIM MƏRASİMİ…

***

ŞƏHİDLƏRİMİZ…QƏHRƏMANLARIMIZ, İGİDLƏRİMİZ…

ŞƏHİD ANALARI, ŞƏHİD QARDAŞI VƏ ŞƏHİD ÖVLADLARI…

12:41

***

CƏNNƏT ANALAR, CƏNNƏT AİLƏLƏR…

13:07

***

13:22

***

DƏRD VƏ QÜRUR ORTAQLARI…ŞƏHİD ANALARI, ŞƏHİD ATALARI, ŞƏHİD XANIMI, ŞƏHİD QARDAŞI…

***

14:05

***

Gununsesi.info