Qarabağ balı Fransaya ixrac olunacaq

  • By admin
  • 26 Oktyabr 2021 22:15

Qarabağ balı Avropa bazarlarına və ərəb ölkələrinə ixrac olunacaq.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

O bildirib ki, yerli bal uzun müddət ermənilər tərəfindən “Karvaçar” qondarma adı ilə uzun müddət Fransada satılıb:

“Biz tezliklə bu vəziyyəti düzəltməyi və Kəlbəcər balını Fransaya əsil adı ilə ixrac etməyi planlaşdırırıq”.

Onun sözlərinə görə, Qarabağda iqtisadi fəallığın bərpası ölkədə bal istehsalının həcminin kəskin artmasına gətirib çıxaracaq:

“Azad edilmiş ərazilərdə təxminən 300 min arı ailəsinin yerləşdirilməsi planlaşdırılır. Bu, bal istehsalı həcmini ildə təxminən 4,5-5 min ton artıracaq”.

Gununsesi.info