Daha 2 erməni hərbçinin cəsədi tapıldı

  • By admin
  • 21 Avqust 2021 20:07

İkinci Qarabağ Müharibəsində məhv edilmiş erməni hərbçilərin cəsədlərinin axtarışı Xocavənd rayonunda davam etdirilib.

 

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, axtarış işləri zamanı Xocavənddən 2 erməni hərbi qulluqçunun cəsədi tapılıb.

 

Onların kimliyi məhkəmə tibbi ekspertizasından sonra təsdiqlənəcək.

 

Qeyd edək ki, noyabrın 10-dan bu günə qədər azad edilən ərazilərdən 1647 erməni hərbi qulluqçunun cəsədi evakuasiya edilib.