Biləsuvar gömrük postunda Ukrayna vətəndaşı Haıevskyı Leonıdin idarə etdiyi “Reno” markalı, AI9452HI/AI9425XK dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.
Gununsesi.org xəbər verir ki, həmin nəqliyyat vasitəsində olan 560 rulon “süni dəri” yükünün Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasının “Hadyeh Golbaf Jahan Co.” şirkətindən Ukrayna Respublikasının “Lımıted Lıabılıty Company Kasrık Ukraıne LLC” şirkətinin ünvanına aparılması nəzərdə tutulub.
Lakin baxış zamanı yük avtomobilinin qoşqusunda 560 rulon “süni dəri” yükünün 288 ədədinin hər birinin daxilindəki silindr formalı karton borunun içərisində olan digər karton borunun üzərinə yapışqanlı lentlə sarınmış polietilen paketlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 304 kq 154 qram olan narkotik vasitə – heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS