DƏHŞƏTLİ FƏLAKƏT: Qasırğa Liviyanı vurdu – Minlərlə adam can verdi

  • By arzu
  • 12 Sentyabr 2023 16:26

Liviyada dəhşətli qasırğa fəlakəti yaşanır. Türkiyə, Yunanıstan, Bolqarıstanda onlarla adamın ölümünə səbəb olan faciəvi təbiət hadisəsi Liviyaya maddi zərərr vurub, kütləvi ölümlər var.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Daniel Qasırğası zamanı Liviyada minlərlə adam ölüb.

İlkin açıqlamada ölənlərin sayının 3000-ə yaxınlaşdığı bildirilsə də, vəfat edənlərin sayının 10 minə çatacağından ehtiyat edirlər.

Ölkədə beynəlxalq dərəcədə tanınmayan Benqazidəki mərkəzi idarə etmənin “Baş naziri” Usama Hamad ölü sayının 2 mindən çox olduğunu bildirib.

AFP-nin xəbərinə görə, Beynəlxalq Qızılxaç Komitəsi rəsmisi Tamer Ramadan bu məlumatı təsdiq edib.

Qasırğadan ən çox Derna şəhəri ziyan çəkib. Yüz minə yaxın adamın yaşadığı şəhərdə körpülər yıxılıb, bölgə sular altında qalıb.

Yüzlərlə cəsəd tapılıb.

Yaşanan təbii qasırğadan sonra dövlət işçiləri fövqəladə vəziyyət elan etmişdilər.

Ölənlər arasında ordu vəzifəliləri də var.

Bir çox dünya ölkələri Liviyaya çadır, xilasetmə işçiləri, qayıqlarala generator göndərib.

Yaşanan sel fəlakətindən sonra iş yerləri qapadılıb.

Tropik qasırğası Misirə doğru hərəkət edir.

 

Tərcümə: Arzu

Gununsesi.info