Qızıldan daha dəyərlidir: Türkiyədə 50 milyard dollarlıq rezerv – İşığa görə rəngini dəyişdirən qeyri-adi element

  • By arzu
  • 12 Sentyabr 2023 12:49

Türkiyədə çıxarılan və bənzəri olmayan dəyərli daş olan diaspor kristalı haqqında nə bilirik? Bu daş nadirliyi və işığa görə rəng dəyişdirmə özəlliyi ilə diqqətləri özünə çəkir. Dünyanın ən dəyərli mədəni olaraq tanınır.

Gununsesi.info xarici mətbuata istinadən diaspor kristalı haqqında maraqlı bilgiləri sizə təqdim edir. Mütəxəssislər bu elementin qızıl və almazla müqayisədə 10 min qat daha nadir olduğunu bildirirlər. Onun belə nadir tapılması qiymətini də artırır, dünyada böyük tələblərə və ehtiyacalara səbəb olur. Türkiyədə 50 milyard dollarlıq rezervinin olduğu təxmin edilir. Bu ölkənin Muğla və Milas bölgələrində diaspor kristalı çıxarılır. Mədənlərdən qram-qram çıxarılan kristalın yalnız 2%-i işlənə bilinir. Bu isə başqa bir baxımdan, onun nadirliyini və qiymətini bahalalandırır. Onun ən qəribə özəlliklərindən biri isə işığa görə rəngini dəyişdirməsidir. Doğru oxudunuz.

Son zamanlarda diaspor kristalına marağın çoxalması daş-qaş sənayesindəki firmaların önəmli bir yertutmasına, dizayn işində daha çox işlədilməsinə səbəb olur.

Dəyəri gündən-günə artmaqdadır. Diaspor kristalının 3 növü yalnız Türkiyədə tapılır. Dünyada yalnız Türkiyədə çıxarılan daşlardandır.

Dünyada çox dəyərli mədən olan diaspor kristalı tonalarla çıxarılmır. Hər işçi daşın-palçığın içində diaspor kristalı tapmaq üçün açlışır. Mədəndən ildə ortalama 750 kq. diaspor kristalı çxıarılır.

Dünyada bilinən 300 dəyərli daş-qaşdan biridir.

 

Tərcümə: Arzu

Gununsesi.info