Çində son sutka ərzində daha 1 nəfərdə koronavirus aşkarlanıb, 36 pasiyent sağalıb, ölən yoxdur.
Gununsesi.org “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, virus Tszilin əyalətində yaşayan 45 yaşlı qadında tapılıb.
Daha 3 nəfər koronavirusa yoluxmaqda şübhəli bilinir. Onların hamısı bu yaxınlarda xaricdən gəlib və hazırda Şanxaydadırlar.
Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 633 nəfər həyatını itirib, 82 886 yoluxma halı qeydə alınıb. Hazırda 260 nəfərin müalicəsi davam etdirilir (onlardan 18-i ağır vəziyyətdədir), 77 993 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.
Gununsesi.org
COMMENTS