Almaniyada ötən sutkada 1 209 nəfərə koronavirus diaqnozu qoyulub.
Gununsesi.org xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 167 300-ə yüksəlib.
Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 147 nəfər artaraq 7 226-ya çatıb.
Məlumata görə, ölkədə indiyədək koronavirusdan sağalanların sayı 141 mini ötüb.
Gununsesi.org
COMMENTS