Avropanın daha iki ölkəsi çempionat tarixlərini açıqladı

Avropanın daha iki ölkəsi çempionat tarixlərini açıqladı

Futbol üzrə Norveç liqasının başlama vaxtı açıqlanıb. 

Gununsesi.org-un məlumatına görə, “yaz-payız” sistemi ilə keçirilən çempionat iyunun 16-da start götürəcək. Aprelin 4-də başlamalı olan yeni mövsüm koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

Bolqarıstan Futbol İttifaqı isə yerli çempionatın iyunun 5-də bərpa olunacağını bildirib. Martın ortalarında dayandırılan yarışda XXV turun oyunları olacaq.

Qeyd edək ki, dünyanın əksər ölkələrində çempionatlar koronavirusa görə dayandırılıb.

 

Gununsesi.org

COMMENTS