Miqrasiya orqanlarına qəbulla bağlı tеst imtаhаnı keçirildi

Miqrasiya orqanlarına qəbulla bağlı tеst imtаhаnı keçirildi

Dövlət İmtahan Mərkəzi Dövlət Miqrasiya Xidməti ilə birlikdə miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Gununsesi.org DİM-ə istinadən xəbər verir ki, imtahana yazılış noyabrın 18-dən dekabrın 16-dək aparılıb və bu müddət ərzində 252  namizəd qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 243 namizəd iştirak edib. Test imtahanının nəticələrinə əsasən, 165 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Gununsesi.org

 

COMMENTS