İmişlidəki yanğında 5 polis zəhərlənib – FOTO

  • By admin
  • 26 İyun 2021 20:23

“İyun ayının 25-də İmişli rayonundaki bazarda güclü yanğın hadisəsi baş verib. Yanğının qarşısının alınması üçün FHN-nin əməkdaşları ilə yanaşı Rayon Polis Şöbəsinin əməkdaşları da hadisə yerinə cəlb olunublar. Zəruri bütün tədbirlər görüldükdən sonra alovların qarşısı alınıb”.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriblər. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb:

“Hadisə nəticəsində beş polis əməkdaşı tüstüdən zəhərlənib, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hal-hazırda onların vəziyyətləri qənaətbəxşdir. Yanğının baş vermə səbəbləri araşdırılır”.

Gununsesi.info