
Xəbər verdiyimiz kimi, Kür çayının Salyan rayonundan keçən hissəsində kişi meyiti aşkarlanıb.
Gununsesi.info Unikal.org-a istinadən xəbər verir ki, meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Murad Əsəd oğlu Nəcəfovdur.
O, Vətən müharibəsi iştirakçısıdır. İyul ayının 1-də həqiqi hərbi xidmət müddətini başa vuraraq geri dönüb.
Gununsesi.info