“Whatsapp”da daha bir yenilik

“WhatsApp” qarşı tərəfi bloklamaq üçün daha asan və daha sürətli olacaq qısayol üzərində çalışır.

Gununsesi.info xəbər verir ki, sınaq mərhələsində olan bu yeniliyin təhlükəsizlik baxımından funksional olacağını düşünülür.

HTML tutorial

“WhatsApp”ın bloklama qısayolu sayəsində istifadəçilər həmin şəxsin profilinə daxil olmaq məcburiyyətində qalmayacaqlar. Bununla, artıq sizi narahat edən insanları söhbət ekranındankı qısayol vasitəsilə əngəlləyə biləcəksiniz

“Whatsapp” bu yenilik vasitəsilə insanların işlərinin daha da asanlaşacağı qənaətindədir. Yeniliyin nə vaxt tətbiq ediləcəyi haqda hələ ki, məlumat verilməyib.

Gununsesi.info