
Çili sahillərində 5,8 bal maqnitudada zəlzələ qeydə alınıb.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 24 min insanın yaşadığı Tokopilya şəhərindən 18 km şimal-qərbdə, ocağı 69 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat, sunami təhlükəsi barədə məlumat verilmir.
Gununsesi.info