Türkiyə Bakını və İrəvanı sülhə tələsdirir – Hakan Fidandan sülh sazişi AÇIQLAMASI

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Böyük Millət Məclisində Azərbaycanla Ermənistan arasında sülh sazişi barəsində danışıb.

Gununsesi.info-nun xəbərinə görə, nazir çıxışı zamanı deyib ki, Türkiyə ikinici Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması imkanını alqışlayır:

“Türkiyə iki ölkə arasında etimadı artıran qəbul edilən konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir”.

Hakan Fidan ötən həftə Bakıda səfərdə olarkən də Türkiyənin səbirsizliklə Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasını gözlədiyini bildirib.

Daha əvvəl Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər də eyni mövqeni səsləndirib.

Hakan Fidannın açıqlamasında qeyd olunurdu ki, Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla paralel şəkildə aparır.

Türkiyə Cənubi Qafqazda sülh və açılım istəyir, bunu onun dövlət maraqları tələb edir.

Ermənistanla sərhədlər açılmalı, Türk investisiyaları regiona gəlməli, nəticədə perspektivdə Ankaranın bölgədə nüfuzu güclənməlidir.

Bunun qarşısında əsas maneə Rusiyanın tormozlayıcı siyasətidir, Kreml hər vəchlə Azərbaycana və Ermənistana təzyiq edərək sülh prosesini pozmağa çalışır.

Gununsesi.info