Ceyhun Bayramov Belçikaya getdi

20 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfərə yola düşüb.

 

Bu barədə Gununsesi.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, səfər çərçivəsində nazir C.Bayramovun 21 mart tarixində Brüssel şəhərində keçiriləcək Nüvə Enerjisi Sammitində iştirakı və çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

 

 

Gununsesi.info