Rusiya səfiri Moldova XİN-ə çağırılıb

  • By ilhame
  • 11 Mart 2024 21:02

Rusiyanın Kişineudakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin teleqram kanalında məlumat verilib.

 

Buna səbəb martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlardır.

 

“Rusiya diplomatı Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarı ilə razılaşmadığı barədə məlumatlandırılacaq”, – paylaşımda bildirilib.

Gununsesi.info