İsrailli nazir ABŞ silahlarından asılılığı dayandırmağa çağırdı

İsrailin İrs naziri Amihai Eliyahu Amerika silahlarından asılılığa son qoymağa çağırıb.

Gununsesi.info xəbər verir ki, nazir bu barədə FM 103 radiosuna müsahibəsində deyib.

Eliyahu qeyd edib ki, Birləşmiş Ştatlarla tərəfdaşlığın davam etdirilməsi böyük əhəmiyyət kəsb edir, lakin o da nəzərə alınmalıdır ki, ABŞ-la fikir ayrılığı yaranarsa, Amerika silahlarının tədarükünün dayandırılması mümkündür.

Amerika silahlarına arxalanmağı dayandırmalıyıq. İsrailli nazir qeyd edib ki, ABŞ-dan oksigen balonları olmadan uzun müddət mübarizə aparmaq üçün İsrail öz silahlarını istehsal etməlidir.

Eliyahu həmçinin Amerika silahlarından asılılığa səbəb olanları tənqid edib.

Qəzza zolağının cənubundakı Rəfah şəhərində quru əməliyyatı barədə danışan Eliyahu bildirib ki, İsrailin qısa müddət ərzində şəhərə girmək üçün kifayət qədər silahı var.

Bununla belə, o, ABŞ-ın İsrailə yardımının dayandırılması ehtimalını şərh etməkdən imtina edib.

Bundan əvvəl ABŞ da daxil olmaqla çoxlu sayda ölkə İsraildən Rəfah şəhərinə qarşı heç bir hərbi əməliyyat keçirməməyi tələb etmişdi.

 

Gununsesi.info