İlham Əliyev onu da unutmadı - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev hakim komandada çalışan bir qrup şəxsə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı verib.

 

Gununsesi.info-nun xəbərinə görə, bu medalla mükafatlandırılanlar arasında uzun illər Milli Məclisin deputatı olmuş, sabiq icra başçısı Musa Musayev də var.

Bununla bağlı sosial şəbəkə hesabında ölkə başçısına təşəkkür edən Musa Musayev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalını Novruz bayramı ərəfəsində özünə ən böyük hədiyyə kimi qiymətləndirib.

Qeyd edək ki, Musa Musayev Yeni Azərbaycan Partiyasının qurucularındandır.

O, uzun illər işsiz qalsa da hakimiyyətə öz sədaqətini davam etdirib. Hazırda DSK sədri vəzifəsində çalışır.

 

 

Şəbnəm

Gununsesi.info