
Tayvanda bir universitet tələbəsi sığorta şirkətini aldatmaq üçün dostu tərəfindən ayaqlarını kəsdirməyə razı edilib.
Gununsesi.info xəbər verir ki, ayaqlarını donduran və xəstəxanada onları kəsdirən tələbə yalnız 7200 dollar ala bilib.
Həkimlər vəziyyəti şübhəli görüb səlahiyyətli orqanlara məlumat verdikdən sonra dələduzluq cəhdi üzə çıxanda pullar müsadirə olunub.
“Taiwan News”un məlumatına görə, Zhang adlı bir kollec tələbəsi dostu Liao tərəfindən sığortanı aldatmağa razılaşdırılıb. Müstəntiqlərin fikrincə, Liao kriptovalyuta ticarətindən itkilərə məruz qalıb və Zhangı aldadaraq ondan təqribən 800.000 dollar ödəməyi tələb edən hüquqi memorandum imzalayıb. Tayvanın Cinayət Axtarış Bürosuna görə, 23 yaşlı Zhang ayaqlarını 10 saatdan çox quru buzda isladıb və onu “ikiqat amputasiyaya” möhac qoyub.
Xəstəxanada Zhangın hər iki ayağını diz nahiyəsinə qədər kəsən həkimlər şübhələnərək səlahiyyətlilərə məlumat veriblər. Həkimlər qeyd ediblər ki, Zhangın ayaqlarında ayaqqabı və ya corab izləri yoxdur və onun yaraları simmetrik görünür, bu da təbii olaraq yaranan donma zədəsi ilə uyğun gəlmir.
İstintaq bürosu elan edib ki, polis noyabr ayında Zhang və Liaonu araşdırarkən, Zhangın ayaqlarını dondurmaq üçün istifadə edilən plastik vedrə, sığorta sənədləri, quru buz saxlamaq üçün istifadə edilən ağ qutu, səkkiz mobil telefon və bir planşet kompüter tapıblar.
Büro bildirib ki, Liao və Zhang yanvarın 17-də həbs edilib və hər ikisi dələduzluqda və ağır xəsarətlərdə ittiham olunublar. Bildirilib ki, Zhang sığorta şirkətindən 7200 dollar ala bilib, lakin bu pul da müsadirə olunub.
Gununsesi.info