Sosial şəbəkələrdə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalının seçicilərlə görüşləri zamanı Salyan rayonunda fitə basılması və kütləvi etirazlarla qarşılanması barədə video görüntülər yayılıb.
Gununsesi.org xəbər verir ki, bu görüntülərdən bir neçə dəqiqə sonra “Ana Vətən Partiyası”nın Mətbuat Xidməti Fəzail Ağamalının Baş prokuror Zakir Qaralov və nazir Vilayət Eyvazova müraciətini yayıb.
Müraciətdə qeyd olunur ki, Fəzail Ağamalı Qaradağlı kəndində seçicilərlə görüşdən çıxarkən rəqibi Kamil Musəvinin özü və tərəfdarları tərəfindən hücuma məruz qalıb.
AVP sədri rəqibinin tərəfdarlarının sərxoş olduğunu bildirərək, əlavə edib ki, bu hərəkətlər demokratik seçki prosesinə kölgə salır.
O, baş verənlərin araşdırılıb, tədbir görülməsini xahiş edib.
Həmin sənədin nüsxəsini sizə təqdim edirik:
COMMENTS