
Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin səhhəti getdikcə yaxşılaşır.
Gununsesi.info xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı deyib.
“Ailə üzvləri ilə bu gün əlaqə saxladıq. Əməliyyatdan sonra hazırda həkim nəzarəti altındadır. Vəziyyəti getdikcə yaxşılaşır”, – o bildirib.
Qeyd edək ki, Cavanşir Quliyev bir müddət öncə beyninə qan sızması səbəbindən İstanbulda xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.
Gununsesi.info