
Bu günlərdə müğənni Əli Mirzəyev: “Röya Xalq artisti deyil! O, Xalq artisti adına layiq deyil. Və ya “bu adı həm ondan, həm də Aygün Kazımovadan geri almaq lazımdır”. Bu hökümdə müğənni Ə. Mirzəyev nə qədər haqlıdır?
Mədəni həyatımızda yüzlərlə müğənnilərin, aktyorların, bədii söz üstalarının (yazıçıların, şairlərin) əməyini qiymətləndirmək üçün meyar (ölçü, ktiteriya) olaraq nəyi götürmək lazımdır? Yaradıcı insanların əməyini necə qiymətləndirmək olar?
Məlumdur ki, bir xalqın digərindən fərqi yaratdıqları maddi və mənəvi dəyərlər toplumu ilə ölçülür. Yeni dəyərər yaradan insanlar millətin mədəni irsini zənginləşdirir. Belə insanlar millətin qürüur mənbəyidir.
Bəzi yaradıcı insanlar yeni dəyərlər (dəyər- obyekt və ideyanın cəmiyyətin gözündə əhəmiyyəti və ya qədir – qiymətidir) yaradırlar, bəziləri isə sadəcə olaraq dəyərləri nəsildən nəsilə ötürürlər.
Misal üçün, “Lalələr” mahnısını (sözləri Aslan Aslanov, musiqisi Telman Hacıyev) yazan bəstəkarla, həmin mahnını ifa edən müğəninin mədəni müstəvidə fərqi nə?
Bir halda ki, mahnı 50 ildir ki, ifa olunur, deməli milli dəyərdi və milli irsimizi zənginləşdirir. Müğənni isə dəyəri nəsildən nəsilə ötürür. Gələcəkdə bu mahnını daha yaxşı ifa edə bilən başqa ifaçı ola bilər. Bu işdə milli məhəbbət və ya şöhrət (dövləti mükafat, fəxri ad ) yaradıcıya (bəstəkara) yönəlməlidir. İfaçılar dəyər yaratmırlar. Sadəcə dəyəri nəsildən nəsilə ötürürlər.
Eyni fikirlər bədii yaradıcılıq üçün də demək olar. Əgər bədii əsər (roman, povest, şer) milli mənəvi dəyərlər xəzinəmizi zənginləşdirmirsə, yəni yeni dəyər yaratmırsa, deməli, lokal əhəmiyyətlidir. Orta məktəblərdə ümumi halda dəyərlər, xüsusi halda dəyərə malik əsərlər tədris olunmalıdır. Dəyərsiz əsərlərlə şagirdlər yükləmək yol verilməzdir, zərərlidir.
Şahlar Əsgərov
Professor
Gununsesi.info