Ağstafa rayonunun həbs olunan icra başçısı Nizaməddin Quliyevlə bağlı yeni məlumatlar, açıqlamalar üzə çıxmaqdadır.
Yayılan xəbərlərə münasibət bildirən məşhurlardan biri də müğənni Kərim Abbasov olub.
Gununsesi.org xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə paylaşım edərək icra başçısını sərt tənqid edib:
“Sonra da deyirlər ki, müğənnilər 5-10 minə toya gedirlər, qudurublar, amma demirlər ki, müğənni dövlət məmurları kimi kasıbın cibinə girmir, vergidən yayınmır və onun kartındakı pula göz dikmir, dövlətin büdcəsini dağıtmır. Allahın verdiyi səslə, istedadla dolanır və yanında gedən 25 insanı da o pulla dolandırır. Prezidentimiz nə etsin ki, ətrafında bu qədər nanəcib insanlar var. Çox istərdim, ölüm hökmü bərpa olunsun və bunlar kimi insanların ölümü göstərilsə, qalanları dillərini və əməllərini düzəldib adam kimi yaşayar. Amma bu xəyal olaraq qalacaq, korrupsiya baş alıb gedir”.
Qeyd edək ki, iddiala görə ötən il Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərardan sonra Goranboy İcra Hakimiyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb. Lakin Nizaməddin Quliyev həmin ştatlara özünə yaxın müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını özünə götürüb. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib.
Gununsesi.org
COMMENTS