DİN-dən Məleykə Ağayevanın oğlu ilə bağlı- AÇIQLAMA

DİN-dən Məleykə Ağayevanın oğlu ilə bağlı

Daxili İşlər Nazirliyi Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılmasıyla bağlı açıqlama yayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Toğrul Nəsirli açıqlama verib. Onun sözlərinə görə, həmin şəxs saxlanılmayıb və üzərindən də hər hansı narkotik maddə aşkar olunmayıb. Fariz Ağayev azadlıqdadır.

Qeyd edək ki, günorta saatlarında KİV-də onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlandığına dair xəbər yayılmışdı.Onu da əlavə edək ki, 1990-cı il təvəllüdlü F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.

 

Gununsesi.org

COMMENTS