Ağstafa rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Sənan Mustafayev saxlanılıb və həmçinin Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyevanın saxlanıldığı barədə xəbərlər yayılıb.
Gununsesi.org bu barədə demokrat.az-a istinadən xəbər verir.
Onlar, icra başçısı Nizaməddin Quliyevin saxlanıldığı əməliyyat zamanı tutulublar.
Saytın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün Fatma Vəliyevanın mobil telefon nömrəsinə zəng etsə də, zəngə cavab verən olmayıb.
Gununsesi.org
COMMENTS