Sabiq icra başçısının həbs olunması barədə xəbər yayıldı

Sabiq icra başçısının həbs olunması barədə xəbər yayıldı

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbs olunub.

Gununsesi.org xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, icra başçısı bu gün saxlanılıb.

Xatırladaq ki, Q.Səmədov 18 fevral 2011-ci il tarixində Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunmuş, bu ilin oktyabrın 31-də isə vəzifəsindən azad edilmişdir.

Qeyd edək ki xəbərə aydınlıq gətirmək üçün Gununsesi.org-un əməkdaşı sabiq icra başçısının şəxsi telefonuna zəng edib. Davamlı zənglərimizə baxmayaraq dəstəyi qaldıran olmadı.

 

Gununsesi.org

COMMENTS