Ötən il Rusiyanın Kurqan vilayətində 71 miqranta daimi vətəndaşlıq verilib.
Bu barədə Gununsesi.org kurganfm.ru-ya istinadən xəbər yayıb.
Xəbərdə bildirilir ki, ötən il ərzində vilayətdə vətəndaşlıq üçün müraciət edən 71 nəfər Rusiya vətəndaşı olub.
Onların əksəriyyətinin Azərbaycan, Qazaxıstan, Tacikistan, Ukrayna, Özbəkistan və Qırğızıstan vətəndaşlarıdır.
Vətəndaşlıq alanlar arasında 16 körpə, 15 məktəbli və dörd təqaüdçü var. Orta yaş həddinin 29 olduğu bildirilən digər şəxslərin iş qabiliyyətli olduğu qeyd edilir.
COMMENTS