Psixoloqların maaşı artır

Psixoloqların maaşı artır

Təhsil naziri Ceyhun Bayramov psixoloqların əmək haqlarının artırılması haqda əmr imzalayıb. 

Gununsesi.org xəbər verir ki, əmrə əsasən, diaqnostik imtahanda iştirak etmiş psixoloqların 7 yanvar 2020-ci ildən etibarən əmək haqları artırılıb və yeni tariflə hesablanır.

Xatırladaq ki, 2019-cu il 24-28 dekabr tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilib.

Gununsesi.org

COMMENTS