
Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərov vəzifədən azad edilib.
Gunusesi.info-nun əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəisinin əməliyyat üzrə müavini, polis polkovniki Ramil Mustafayev vəzifədən azad edilərək Lerikə rəis göndərilib.
Gunusesi.info