Bu ölkədə təmirçi geyimində iki rus casus tutuldu(İDDİA)

Bu ölkədə təmirçi geyimində iki rus casus tutuldu

Ötən yay İsveçrənin Davos şəhərində təmirçi geyimində iki rus casusun saxlanıldığı və diplomatik pasportlarına baxıldıqdan sonra ölkələrinə geri göndərildikləri iddia edilir.

Gununsesi.org xəbər verir ki, Davos İqtisadi Forumunun başladığı gün İsveçrənin “Tanges-Anzeiger” qəzeti belə bir iddia ilə çıxış edib. Laki nəşrin “Rus casusluq əməliyyatı” olaraq təqdim etdiyi xəbərə, hüquq mühafizə orqanlarından təsdiq gəlməyib. “Reuters” agentliyinin açıqlama aldığı polis sözçüsü Davosda iki Rusiya vətəndaşının kimlik yoxlanışı zamanı diplomatik pasportlarını göstərdiklərini desə də, bu şəxslərin təmirçi qiyafəsinə bürünən casus olduqları iddiasını təsdiqləməyib.

Rusiyanın İsveçrədəki səfirliyi də məlumatı təkzib edib. Səfirlikdən bildirilib ki, diplomatik pasportlar işçilərə deyil, yüksək vəzifəli şəxslərə verilir.

COMMENTS