Bu il Azərbaycandan Gürcüstana 9 milyon ABŞ dolları köçürülüb

Bu il Azərbaycandan Gürcüstana 9 milyon ABŞ dolları köçürülüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 8,6 milyon ABŞ dolları məbləğində pul köçürmələri daxil olub.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə köçürülən pul vəsaitlərinin həcmi 2,3 milyon dollar və yaxud 36,5% artıb.

Bu ilin ilk dörd ayında Gürcüstandan Azərbaycana 4,4 milyon dollar köçürülüb ki, bu da ötən ilin eyni göstəricisindən 0,8 milyon dollar və ya 22,2% çoxdur.

Gununsesi.org

COMMENTS