I Karlın nəticəsi vəfat etdi- FOTOLAR

I Karlın nəticəsi vəfat etdi

Avstriyanın sonuncu imperatoru I Karlın nəticəsi, ABŞ-da yaşayan Mariya Qolitsına vəfat edib.

Gununsesi.org “Houstonchronicle.com” saytına istinadən xəbər verir ki, Qolitsına mayın 4-ü vəfat etsə də, onun ölüm xəbəri yalnız son həftə mətbuata məlum olub.

 

Ad gününə 1 həftə qalmış dünyasını dəyişən Maria Qolitsınanın 31 yaşı olduğu və ölüm səbəbinin aorta anevrizması olduğu bildirilib.

Onun Texas ştatının Hyuston şəhərində yaşadığı, şef-aşbaz Rişi Sinqhlə evli və 2 yaşında Maksim adlı oğlanları olduğu bilinirdi.




 

 

Gununsesi.org

COMMENTS