Bülbülün oğlu vəfat etdi

Bülbülün oğlu vəfat etdi

 

Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün böyük oğlu Çingiz Məmmədov dünyasını dəyişib.

Gununsesi.org-un xəbərinə görə, 12 dekabr 1938-ci ildə Tiflisdə doğulan Çingiz Bülbüloğlu uzun illər bir sıra vəzifələrdə çalışıb.

Mərhum bir neçə il əvvəl Milli Məclis Aparatında şöbə müdiri kimi təqaüdə çıxıb.

Bülbülün digər oğlu Polad Bülbüloğlu isə Azərbaycanın Rusiyadakı səfiridir.

Onun qardaşının dəfninə qatılıb-qatılmaması isə bəlli deyil.

 

Allah rəhmət eləsin!

 

 

Gununsesi.org

COMMENTS