Bu gün tanınmış aktyor yubiley yaşını qeyd edir

  • By ilhame
  • 01 İyun 2024 00:00

Bu gün Akademik Milli Dram Teatrında direktor müavini vəzifəsində çalışan Hacıbaba İsmayıl oğlu Məmmədovun ad günüdür. Aktyor yubiley yaşını qeyd edir.

O, 1 iyun 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində anadan olub.

1982-1984-cü illərdə hərbi xidmətdə olan Hacıbaba Məmmədov, 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1989-cu ildə oranı bitirib.

Fəaliyyət dönəmlərində: 1989-2000-ci illərdə “YUĞ” Teatrında aktyor, 2000-2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor, 2003-2010-cu illərdə “Qanun” MMC-də mətbəə müdüri, 2010-2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini işləyib.

2014-cü ildən Akademik Milli Dram Teatrında əvvəlcə inzibatçı, 2016-cı ildən isə direktor müavini vəzifəsində çalışır.

Hacıbaba Məmmədov bir sıra serial və filmlərdə oynayıb. Bunlardan – “Son hədd”, “Sindrom”, “Oğurlanmış arzular”, “Sevimli düşmən”, “Qisas” və digər teleseriallarda rol alıb. Qeyd edək ki, 2023-cü ildə Aztv-də yayımlanan “Sevginin ünvanı” serialında oynadığı obraz ilə tamaşaçıların yaddaşında qalıb.

Hacıbaba Məmmədova həyat və yaradıcılığında uğurlar arzulayırıq!

Gununsesi.info